Mirəlioğlunun çağırışına niyə səs vermədilər?


Oqtay Gülalıyev: "Onun qatarı çoxdan gedib

Çalışıram ki, Mirmahmud Mirəlioğlu haqqında yazmayım. Amma o, özünün gülünc hərəkətləri, yarıtmaz və xalqa zidd fəaliyyəti ilə məcbur edir ki, yazaq və deyək. Məsələn o, 23 sentyabrdan xalqa müraciət edərək 28 sentybarda Milli Şuranın keçirməli olduğu ümumxalq mitinqi ilə eyni gündə, eyni vaxtda "vəziyyətdən çıxış yolu" adlı toplantı keçirməyə cəhd etdi. Öz aləmində parçalanmaya doğru addım atdı. Amma yel qayadan heç nə aparmadı. Özünü gülünc vəziyyətə qoydu...

7gun.org-ın məlumatına görə bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində yazıb:

"Onun 1 həftəlik çabalarına, çağırışlarına bilirsinizmi neçə nəfər səs verib toplantıya gəlib? Cəmi 20- 25 nəfər (!?). Gələnlərin əksəriyyəti də KXCP üzvləri. Gerçək müxalifət camiyəsindən, vətəndaş cəmiyyətindən, Elçibəy hökümətində təmsil olunmuş nəinki bir təşkilat rəhbəri, heç bir nəfər də toplantıya qatılmayıb (!?). Sonra da bu adam Qurban Məmmədovla birləşib xalqı aldadır, yalançı inqilab vəd edir. Özünü də prezidentliyə namizəd görür (!?). Adama sual edərlər: sənin zal tədbirinə 20- 25 nəfər güclə gəlirsə mitinq, inqilab etsən neçə nəfər gələcək? 20- 25 nəfərlə inqilabmı etmək olar? Ümumiyyətlə siz inqilab edənsinizmi? Niyə insanları çaşdırmağa, aldatmağa cəhd edirsiniz?

Yeri gəlmişkən deyəsən "ümumxalq toplantısın"- da Mirəlioğlu insanların onun çağırışına gəlmədiyini və meydanda tək qaldığını etiraf edərək pərtliyini ört- basdır edə bilməyib. Fərqindədir ki, qeyri- insani münasibəti və yarıtmaz fəaliyyəti ilə xalqdan, müxalifətdən, Elçibəyçilərdən uzaq düşüb. Amma yenə öz köhnə adətindən qalmayaraq "ümumxalq toplantı"- sında onun- bunun ünvanına giley- güzar edib. Məsələn, indiyə qədər bir nəfərin haqqını, hüququnu müdafiə etməyən bu adam qabaqdangəlmişlik edərək Tovuzda hüquqşünas Firudin Ələkbərlinin qətlə yetirilməsinə onun üzvü olduğu Ədalət partiyasının etiraz bəyanatı verməməsinə irad bildirib (!?). Bu qətl ərəfəsində KXCP Ali Məclisinin üzvü, Gundem Xeber qəzetinin baş redaktoru Şirin Cəfəri küçənin ortasında oğurlanıb "bandotdel"-ə aparıldı, təzyiq və təhdidlərə məruz qaldı. Amma Mirəlioğlunun səlahiyyət müddəti bitsə də sədrlik etdiyi KXCP- də öz partiya üzvünün müdafiəsi ilə bağlı bəyanat vermədi. Onun müdafiəsinə qalxmadı. Belə yerdə deyirlər: özünə umac ova bilmir, özgəyə əriştə kəsir...

Mirəlioğlu yaxşı olar ki, "xalqın düşdüyü vəziyyəti müzakirə etmək üçün" hamıya müraciət edib "ümumxalq toplantısı" keçirmək əvəzinə öncə KXCP- dən dışlayıb uzaqlaşdırdığı, üzvlükdən çıxardığı mübariz insanları bir araya gətirib partiya daxilində belə bir müzakirə keçirsin. Əgər bacarırsa və o adamlar onun çağırışına gələrsə... Nizamnaməyə əməl edib 1 ildən çoxdur kecikən Qurultayı keçirsin. KXCP- nin əvvəlki gücünü bərpa etmək üçün təşkilat daxilndə açıq, demokratik müzakirələr açsın. Mən KXCP- nin sıravi üzvü kimi, partiya sədrliyinə namizəd kimi bunu ondan gözləyir və tələb edirəm. Yox, bunları etməyəcəksə az da olsa bu təşkilata, xalqa hörməti varsa, Elçibəydən zərrə qədər bir şey öyrənibsə 20 il yetər, üzüsulu kənara çəkilsin. Onsuz da bu günki toplantı BİR DAHA göstərdi ki, artıq adam bitib, onun qatarı çoxdan gedib. Heç kim onun çağırışına səs vermədi. Adamlar bundan üz çevirib. O siyasətdə öz sözünü pis- yaxşı deyib. Bundan o yanı onluq deyil. Üzüsulu çəkilmək də böyüklük və ağıllılıq əlamətidir..."- deyə Oqtay Gülalıyev qeyd edib.