Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?
Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin siyasi məhbuslara olunan haqsızlıqlarla əlaqədar şəxsi feysbuk səhifəsindəkı paylaşımını 7gun.org olduğu kimi təqdim edir:Hakimiyyət çox pis bir tendensiyanın əsasını qoyub. Günahsız insanları şərləyib həbs edirlər, cəza müddəti bitəndə həbsdən buraxmamaq üçün ona qarşı yeni qondarma cinayət işi açırlar. Sən demə bu məkrli plan təkcə Əli İnsanova və Məmməd İbrahimə qarşı olmayıb. Məmməd bəylə eyni vaxtda - sentyabr ayının sonunda daha bir dindar siyasi məhbusa Telman Şirəliyevə cinayət işi açıb, həbsdən çıxmasına imkan verməyiblər...
Telman Şirəli oğlu Şirəliyev 05 oktyabr 2012- ci ildə Təhsil nazirliyi qarşısında hicaba qadağa ilə bağlı keçirilən aksiyada iştirak etdiyinə görə 6 il müddətə şərlənib həbs edilib. Onun cəza müddətinin bitməsinə bir neçə gün qalmış CM- nin 317.2- ci maddəsi ilə cinayət işi açıb, məhkəmə qərarı ilə Kürdəxanı Təcridxanasına etap ediblər. Guya yastığının altından biz çıxıb. Amma əslində bilirsinizmi niyə ona qarşı yeni, qondarma cinayət işi açıblar? Telman Şirəliyevə bir neçə dəfə aylar öncə təkıif ediblər ki əfv ərizəsi yazsın. O, bu təklifi qəbul etməyib.
İndi görürsünüzmü hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir? Bunlar elə hesab edirlər ki bu metodla insanlarda qorxu xofu yaradıb hakimiyyətlərinin əbədiliyini təmin edəcəklər. Fərqində deyillər ki, bu yanaşma ilə yalnız özlərinə qarşı nifrəti körükləyirlər. Bu nifrətin bir gün partlayışa dönəcəyi şübhəsizdir...
Telman Şirəliyev başda olmaqla bütün siyasi məhbuslara azadlıq tələb edirik!