"Oktay Gulaliyevin KXCP-yə sədr seçilməsini hakimiyyət istəmir"-Ceyhun Nəbi
Cumhuriyyət Düşüncə Mərkəzinin rəhbəri Ceyhun Nəbi KXCP-nin qarşıdan gələn qurultayı ilə bağlı fikirlərini öz feysbuk səhifəsində paylaşıb. 7gun.org həmin yazını olduğu kimi təqdim edir:"Növbəti Klassik Xalq Cəbhəsi Partiyası qurultayında namizədlərdən biri Oktay Gülalıyevdir. Ilk olaraq namizədliyini o elan etdi və bu istiqamətdə özünün təbliğat planını qurdu. Partiyada mövcud sədrin əsas alternativi hələlik odur. Oktay bəy partiya sədri seçilərsə partiyada canlanma və inkişaf mütləqdir.
Əbülfəz Elçibəyin gənc kadrı kimi partiya və siyasi təcrübəyə malikdir. Elçibəy zamanında AXCP Gənclik Qollarına və Bütöv Azərbaycan Birliyinin Gənclər Təşkilatının rəhbəri kimi bu təcrübəni qazanıb. Həmçinin siyasi məhbus həyatı yaşayıb. Siyasi çevrələrdə prinsipial və yüksək əxlaq sahib bir siyasət adamı kimi tanınır. Gəncliyini və o zamanda bu günə qədər bütün həyatını Əliyevlər rejiminə, mövcud siyasi irticaya qarşı mübarizəyə həsr edib. Bügün ölkədə 1-ci dərəcəli hüqüq mudafiəçisi kimi bütün siyasi məhbusların hüquqlarının müdafiəsi istiqamətində səmərəli işlər görür.
Məhbus ailələrinin inam və etimadını qazanıb. Nəyin ki, hörmət edilir, həmçinin sevilir. Onun partiya rəhbəri seçilməsində rejimdə maraqlı deyil. Hüquq müdafiəçisi və ikinci bir tərəfdən partiya rəhbəri olmaq böyük müqavimət gücü mahiyyəti daşıyır. Arxası ilə partiya qüvvəsini aparmaq rejimə sərf etmir. Həmçinin muxalifətdaxili qüvvələrin kordinasiyasında əsas potensial fiqurdur. Milli hərakatın əsas qüvvəsi olmuş AXC-nin qanadlara bölünmüş iki təşkilatı KXCP - AXCP konsensusunda ortaq maraqları uzlaşdırma gücündədir. Hər iki tərəfin antirejimçi qüvvələri ona hörmət edir.
KXCP-nın, cəmiyyətin bütünlükdə maraqlarına cavab verən Oktay bəy qurultayın favoriti olacağı heç şübhəsizdir".