Keçmiş siyasi məhbus Ceyhun Nəbi ilə bağlı çağrış etdi
Sabah, yəni 26 oktyabr 2018-ci il tarixdə saat 12-də KXCP-in qərargahında 3 gün bundan öncə yaşadığı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan və bu günə kimi harda olması məlum olmayan Cumhuriyyət Siyasi Düşüncə Mərkəzinin rəhbəri Ceyhun Nəbi ilə bağlı tədbir keçiriləcək. Bu barədə
7gun.az-ın rəhbəri, jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev özünün feysbuk səhifəsində məlumat paylaşıb: “Dostlar, məlum olduğu kimi artıq üç gündür ki, Cumhuriyyət Siyasi Düşüncə Mərkəzinin rəhbəri Ceyhun Nəbi yaşadığı Şəmkir rayonunda Polis əməkdaşları tərəfindən saxlanılıb.
Ancaq onun harda olması barədə nə ailə üzvlərinə, nədəki ictimaiyyətə heç bir məlumat verilmir.
Məhz buna görə də sabah, yəni 26 oktyabr 2018-ci il tarixdə saat 12-də KXCP-in qərargahında geniş tədbir keçiriləcək. Ceyhun Nəbiyə dəstək olmaq istəyən hər kəs tədbirə dəvətlidir.
Gəlin Ceyhun Nəbiyə dəstək olaq, onu tək qoymayaq!"- deyə Cavid Şirəliyev bildirib.