“Hakimiyyəti qorumaq üçün həbslər və siyasi məhbusları həbsdə saxlamaq çıxış yolu deyil...”-Oqtay Güalıyev


7gun.org xəbər verir ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev şəxsi feysbuk səhifəsində məlumat paylaşıb.

Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Siyasi məhbusların azadlığa buraxııması son illərin ən çox müzakirə olunan mövzularından biridir. Hazırda ölkəmiz 160- dan çox siyasi məhbusla Avropanın lider ölkələrindən biridir. Bu problem də hakimiyyət üçün həmişə basqı mənbəyi olub. Müxtəlif zamanlarda müxtəlif vədlər verilsə də onların azadlığa buraxılması reallaşmayıb. Sonuncu dəfə cümhuriyyətin 100 illiyində böyük əfv sərəncamı gözlənilsə də bu da baş vermədi. Artıq beynəlxalq təşkilatlar və birliklər üçün siyasi məhbus məsələsi Azərbaycan hakimiyyəti ilə münasibətdə qırmızı xəttə çevrilməkdədir...

Aldığım məlumatlara görə basqılardan qurtulmaq, Avropa Birliyi başda olmaqla beynəlxalq qurumlarla normal əməkdaşlığa düzən vermək üçün Azərbaycan hakimiyyətinin siyasi məhbusları azad edəcəyi gözlənilir. Artıq hökümət də fərqindədir ki, siyasi məhbusları uzun müddətə həbsdə saxlamaq ona xeyrdən çox ziyan gətirir. Hakimiyyəti qorumaq üçün həbslər və siyasi məhbusları həbsdə saxlamaq çıxış yolu deyil...

Verilən məlumatlara görə siyasi məhbusların azadlığa buraxılması üçün İlham Əliyevin iştirakı ilə müzakirələr aparıldığı və onun tərəfindən artıq müvafiq qurumlara və şəxslərə göstəriş verildiyi bildirilir. Onun bu qərara gəlməsində son Fransa səfərinin və orda keçirdiyi görüşlərin də böyük rol oynadığı bildirilir...

Mən adətən belə məlumatları bölüşmürəm və bir qayda olaraq belə məlumatlara inamım da azdır. Amma siyasi məhbuslarla bağlı son zamanlar ölkə daxilində və xaricində aparılan danışqılar, mənbənin inandırıcı olması bu məlumatı paylaşmağıma səbəb oldu. Kimlərin azadlığa buraxılacağı deyilmir. Amma mən bir şeyə əminəm ki siyasi məhbuslar gec- tez azadlığa buraxılacaq. O gün uzaqda deyil”-deyə Oqtay Gülalıyev bildirib.