Sərdar Nəbiyev: “Hazırda oğlumun harda olduğunu və başına nə iş gəldiyini bilmirəm"
Cumhuriyyət Siyasi Düşüncə Mərkəzin rəhbəri Ceyhun Nəbi həbs edilib.7gun.org xəbər verir ki, Ceyhun Nəbinin atası Sərdar Nəbiyevin Sozcu.az-a verdiyi məlumata görə, Ceyhun Nəbi bir neçə ay idi ki, işləmək üçün Rusiyaya gedib. Bu gün yaşadığı Şəmkir rayonun gələrək ailəsi ilə görüşdükdən bir neçə saat sonra Şəmkir polisi tərəfindən həbs edilib.
Sərdar Nəbiyev qeyd edib ki, Şəmkir rayon polis şöbəsindən ona deyiblər ki, Ceyhun Nəbi feysbuk səhifəsində yazdığı yazılara görə həbs edilib və Bakı şəhərinə aparılıbdır.
"Hazırda oğlumun harda olduğunu və başına nə iş gəldiyini bilmirəm" -deyə Sərdar Nəbiyev bildirib.
Xatırldaq ki, araşdırmaçı yazar olan Ceyhun Nəbi Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ziyalılardan biridir. Ceyhun Nəbinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı yazdığı "Sovetlərlə üz-üzə" adlı kitabı nəşr olunaraq ictimaətə təqdim edilib.