Şirkət rəhbəri hakim qarşısında...


Axtarışa verildikdən sonra həbs edilən şirkət rəhbərinin məhkəməsi başlayıb.

7gun.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Babayev Elçin Yaqub oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bildirək ki, Elçin Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, Xətai rayonu ərazisində tikdirdiyi binadan bir mənzili birdən çox şəxsə satdığına görə axtarışa verilmiş Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.