Əli Kərimli Fuad Qəhramanlının ailəsinin təhdid olinmasına münasibət bildirib


"Fuad bəy xalqımızın haqqı və hüququ üçün özünü oda atıb, ailəsi də xalqa əmanətdir".

7gun.org-ın məlumatına görə bu sözləri AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində yazıb. Həmin yazını olduğu kimi təqdim edirik: "Siyasi məhbus, müavinim Fuad Qəhrəmanlının ailəsi təhdid olunur, 14 yaşlı qızı saatlarla izlənilir. Ortada izlənmə haqda konkret faktlar olsa da, polis şikayətlərə ciddi yanaşmır (daha ətraflı şərh bölümündə). Fuad bəy tək özünü və ailəsini düşünənlərdən olsaydı, yazıları ilə zalıma, zülmə meydan oxumazdı, yazılarına görə 10 il müddətinə azadlıqdan məhrum edilməzdi. Fuad bəy xalqımızın haqqı və hüququ üçün özünü oda atıb, ailəsi də xalqa əmanətdir. Fuad bəyin ailəsini rahat buraxın. Namərdliyin də bir həddi olmalıdır, xalqın heysiyyatı ilə oynamayın!".