“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”:Deputatların tətil pulu almasına etiraz


Bu il maaşını artırmağa müvəffəq olan millətin təyinatlı vəkilləri indi də tətil pulunu alaraq cənnət guşələrində istirahətə yollanırlar.

7gun.org-ın Anaxeber.Az-a istinadən məlumatına görə, spikerin 4950 manat, millət vəkillərinin 3464 manat tətilpulu alacaqları cəmiyyət tərəfindən üsyanla qarşılanıb. Sosial şəbəkələr deputatların tətil pulu almasına etirazlardan dağılır.

Əhalinin sosial vəziyyətinin ağır vaxtında fantastik məbləğdə dövlətdən tətil pulu alaraq kurort bölgələrinə getmələri yoxsul xalqın etirazlarına səbəb olmaya bilməzdi.

Məsələn, təkcə “Bütün dünya türkləri birləşin” səhifəsindəki şərhlərdə xalqın Milli Məclisə nifrət püskürməsini görmək olar.

Reqina Qarayeva “Haramzadələr…”, Aylin İlyas “əldən-ayaqdan düşdülər, haram xoşları olsun”, Gül Həşimzadə “Zəhər-zıqqım olsun, salamat yeməsinlər, ancaq özlərini düşünürlər”, Afa Cəfər “Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar” yazaraq deputatların xalqın kasıb və səfil vəziyyətində tətil pulu almasına “od püskürüblər”.

Şərhlər isə yüzlərlədir. Cahan Qafarova “yazıqlar çox işlədilər, daş daşıdılar”, Sevil Muradova “Gedib heç salamat qayıtmayasız”, Solmaz Şəkər “Görəsən ölüb yerə girmir bu deputatlar?!”, Nağı Cəbrayıllı “Allah hər şeyi görür, onları Allaha tapşırıram” kimi sərt sözlər, qarğış-nalə yağdırıblar.

Əslində, şərh yazanların sayı bitmək bilmir. Aftandil Əliyev yazıb ki, xalq acından günorta durur, bunların puluna bax.

Vüsalə Bayramzadə axırıncı tətilləri olsun deyə qarğış edib. Ədalət Rüstəmov isə sual edib ki, Hadı Rəcəbli Lənkərandakı obyektlərində dincələcək yoxsa Panama sahillərində…

Ramail Yusubov “yazıqlar necə dolanarlar” deyə sarkazmla yazıb. Elçin Abdullayev şərhində soruşub ki, bəs müəllimləri kimsə düşünəcəkmi?!
Vüqar Əhəmov isə onların getməyinin tərəfdarıdır: “Siz Allah qoyun getsinlər, yosa Milli Məclisdə oturub gic-gic qanunlar çıxardırlar”.

Və 150-yə yaxın şərhdə ölkə seçiciləri Milli Məclisin üzvlərinə ən ağır sözləri, dişinin dibindən çıxanları yazıblar. Nə üçün ölkə parlamenti belə nifrət qazanıb – sual budur…

Anaxeber.Az yazır ki, millətin deyil, hakimiyyətin vəkilləri olan təyinatlı deputatlara olan nifrətin köklü səbəbləri var.

İlk növbədə onlar geridə qalan bu üç il ərzində xalqın əleyhinə olan bütün mürtəce qanunlara “hə” deyiblər.

Həmin qanunlar insan azadlıqlarının məhdudlaşdırılması, cərimələrin sərtləşdirilməsi, biznes mühitinin çətinləşdirilməsinə xidmət edib.
İkincisi, deputatlar parlamentdə əhalinin problemlərini qaldırmırlar, seçiciləri ilə görüşlər keçirmirlər, onlara edilən müraciətlər qulaqardı edilir.

Üçüncüsü, 125 deputatın yarıdan çox MM-də çıxışlar etmir, əksəriyyəti biznes fəaliyyəti olan iş adamlarıdırlar və “ağzına su alıb” otururlar.

Dördüncüsü, ayrı-ayrı deputatlar çıxışlarında xalqı, qaziləri, şəhid ailələrini, müəllimləri, cəmiyyətin müxtəlif zümrələrini təhqir ediblər. Sonra üzr istəyiblər.

Beləcə həm danışığını bilməyən, həm seçicisinə biganə olan, həm böyük biznesə malik həmin hakimiyyətin vəkillərinə üstəgəl tətil pulu verilməsi xalq tərəfindən gül-çiçəklə qarşılana bilməzdi.
Minlərlə işsiz, evsiz, kirayələrdə yaşayan ailələr var, təcili əməliyyata ehtiyacı olan kasıblar var, deputatların təmsil etdikləri rayonlar problemlər içində boğulur, icra başçıları vətəndaşları incidir, süründürür və millət vəkili mandatı daşıyanlar “tükünü tərpətmir”lər.

Odur ki, ifadə imkanları məhdudlaşdırılmış xalqın sözünü deməyə sonuncu yeri olan feysbukda iqtidara, onun nazirlərinə, deputatlarına, İH məmurlarına ürəyindən keçəni yazırlar.
Faktiki olaraq, ailəsini yay tətilində rayonların birinə üç günlük istirahətə apara bilməyən ailələr olduğu halda, onları təmsil edən deputatlara 3464 manat təkcə tətil pulu ödənilir.

Hökumətin təbəqələşməyə, siniflər arasında uçuruma yaratmağa yönəlik bu siyasəti xalqla mandat sahiblərini, xalqla hakimiyyəti bir-birindən ayırır.

Bu siyasət olduqca təhlükəlidir və cəmiyyətlə hakim rejim arasında münasibətləri gərginləşdirir, düşmənçilik toxumları səpir, sosial haqsızlıq ayrı-ayrı əyalətlərdə vətəndaşları qıcıqlandırır, yuxarıların lüks həyat tərzini görən aşağılar qisasçılıq hissləri ilə alışıb yanırlar.

Göründüyü kimi, təqdim etdiyimiz şərhlərdə “salamat qayıtmayasız”, “sonuncu tətiliniz olsun”, “haram yeyəsiniz” kimi xalq qarğışları həmin səhv siyasətin nəticələridir.

İnsanlara küçələrə çıxıb etiraz etmirlər, həbslərdən qorxurlar, işsiz qalmaqdan çəkinirlər, amma bu narazılığı virtual aksiya şəklində sosial şəbəkələrə transfer edirlər.

Nəinki Avropanın, ən azı qonşu ölkələrin parlamentariləri xalqına qarşı belə laqeyd deyil. Nə Gürcüstan, nə İran, nə Türkiyə millət vəkillərinə öz xalqları tərəfindən belə nifrət, kin, qəzəb var.
Çünki onlar yaxşı-pis seçicinin yanındadırlar, hüququ tapdanan vətəndaşın məsələsini yuxarı instansiyalara çatdırıb, haqqını müdafiə edirlər.

Azərbaycanda isə 125 deputatın yarıdan çoxunun başı şəxsi biznesə qarışıqdır, 5-10 siyasiləşmiş deputatın missiyası görüntü xətrinə çıxışlar etməkdir, bəzilərinin də funksiyası məddahlıq etmək, iqtidarın yanlışlarını ütüləməkdən ibarətdir.

Buna görə də tətil pulu almalarına xalqın qarış-nalə ilə cavab verməsi sosial mənzərəyə adekvatdır…

“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”
“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”
“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”
“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”
“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”
“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”
“Xalqın adından öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar”