Səfirliyin imtina etdiyi"AXCP işi"


Azərbaycan hakimiyətinin şər siyasəti hamıya məlumdur. Hamı bilir ki, bu gün həbsxanalarda 150-dən artıq siyasi məhbus var. Hakimiyyət bu adamları müxətlif ittihamlarla həbs etsə də, gec-tez əsl mahiyyət ortaya çıxır.

Bildiyiniz kimi bir neçə ay öncə Gədəbəy rayonunun keçmiş icra başçısı, Qarabağ döyüşçüsü Saleh Rüstəmli və AXCP-nin 3 üzvü çirkli pulların yuyulması ittihamıyla həbs olunmuşdu. Hətta bu adamlara ağır işgəncələr verilmişdi. Belə təbliğat qurmuşdular ki, Saleh Rüstəmli AXCP sədri Əli Kərimlinin maliyyələşdirir, Babək Həsənli, Ruslan Nəsirli və Aqil Məhərrəmli isə bu pulların vasitəçiliyin edir.

Amma bugün baş verən bir hadisə zamanı hökumət özü məsələnin əsl səbəbini etiraf etmiş olub. Belə ki, Saleh Rüstəmlinin oğlu öz feysbuk səhifəsində hamının diqqət etməli olduğu bir status paylaşıb. Statusu olduğu kimi paylaşırıq:

“Mən Rüstəmov Sezgin Saleh oğlu atamın həbsindən sonra atamla görüşə bilmək üçün Azərbaycana gəldim. Atamla görüşə bilmək üçün Rusiya səfirliyinə müraciət etdik. Səfirliyin işçisi hansı maddə ilə ittiham olunduğunu soruşdu və narkotik maddəni dedikdə, “narahat olmayın, görüş alacaqsız”deyib, gözləməyimiz xahiş etdi. Bir müddətdən sonra geri qayıdıb, görüş təyin edə bilməyəcəklərini söylədi. Səbəb kimi isə onun qadağan edilmiş təşkilatla əlaqəli olduğunu söylədi. O həm də bizə bildirdi ki, bu hal narkotika ilə və ya hansısa ağır cinayətlə bağlı olsaydı kömək edərdilər. Ancaq AXCP ilə əlaqəli olduğundan köməklik edə bilməyəcəyini dedi”.

Aygün Mustafayeva