Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi


Şəki İnzibati-İqtisadi Məhkəməsi 7gun.az-ın rəhbəri Cavid Şirəliyevin Mingəçevir şəhər və Zaqatala rayon icra hakimiyyətlərinə qarşı iddiasını təmin edib.

Bu barədə Cavid Şirəliyev özünün feysbuk səhifəsində məlumat verib. O, Mingəçevir şəhər və Zaqatala rayon icra Hakimiyyətlərinə informasiya sorğusu göndərdiyini, lakin qarşı tərəf sorğuya qanunla müəyyən edilmiş vaxtda və qaydada vermədiyini üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirib: "Mingəçevir şəhər və Zaqatala rayon icra hakimiyyəti mənim 30 aprel 2019-cu il tarixli informasiya sorğuma cavab vermədiyi üçün iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdim. Hakim İlqar Cabbarovun sədrliyi ilə keçirilən məhkəmə prosesləri artıq yekunlaşdı. Mənim iddiamın təmin olunması barədə 18 dekabr 2019-cu il tarixdə qərar qəbul edildi.

Qeyd edim ki, bir müddət öncə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vidadi Qasımov mənim Ağsu rayon icra Hakimiyyətinə qarşı iddiamı təmin etmişdi"-deyə Cavid Şirəliyev bildirib.

Aysel Quliyeva