Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi jurnalistin yazısına rəy verib-FOTOLAR


Cavid Şirəliyev: "Obyektiv və ədalətli araşdırma aparılacağı təqdirdə bütün faktların təsdiq olunacaq"

Bu gün Masallı rayon Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun 7gun.az saytının rəhbəri, jurnalist Cavid Şirəliyevə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində hakim Habil Bəhmənov Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovla bağlı jurnalist Cavid Şirəliyevin Prezident Adminstrasiyasına ünvanladığı və daha sonra sosial mediada yayımladığı müraciətlə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2019-cu il tarixli 21468 saylı rəyini elan edib. Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydə fikirlərin böhtan olub-olmaması ekspert-linqivistin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələ olduğu bildirilib.

Caviş Şirəliyev ekspertizanın rəyinə münasibət bildirərək, mütaciətin konkret faktlara əsaslandığını, obyektiv və ədalətli araşdırma aparılacağı təqdirdə bütün faktların təsdiq olunacağını məhkəmənin nəzərinə çatdırıb. Daha sonra hakim Habil Bəhmənov məhkəmə prosesini 04.12.2019-cu il tarixə qədər təxirə salıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi jurnalistin yazısına rəy verib
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi jurnalistin yazısına rəy verib
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi jurnalistin yazısına rəy verib