Nasir Əliyev: "Yalnız Oktay bəy bütün riskləri gözə alaraq bu məsələləri araşdırmağa başladı"
Əgər biz bu gün Oktay Gülalıyev fenoniminə biganəyiksə, bizim yaşamağa heç bir mənəvi haqqımız yoxdur. 7GÜN XƏBƏR xəbər verir ki, bu sözləri Repressiya və İşgəncələr Əleyhinə Komitənin işçi qrupunun üzvü Nasir Əliyev özünün feysbuk səhifəsində yazıb. Həmin yazını olduğu kimi təqdim edir:
"Onun son zamanlar yaratdığı Repressiya və İşgancələr Əleyhinə Komitədə araşdırdığı evrovision, Nardaran, Tərtər və Gəncə işi hər kəsə bəllidir. Bu hadisələrin hər birində işgəncə və ölüm faktları var. Əlbəttə, belə ağır yükün altına heç kəs risk edərək girmirdi. Yalnız Oktay bəy bütün riskləri gözə alaraq bu məsələləri araşdırmağa başladı. Və müəyyən nəticələr əldə elədi . Əlbəttə araşdırmalar bu cinayəti törədən məmurları narahat etməyə bilməzdi. Bu üzdən Daxili İşlər Nazirliyinə və eləcə də Baş Prakrorluğua çağırılaraq xəbərdar edildi. Lakin Oktay bəy bir addım geri cəkilmədi. İnsan həyatını, ailəsini gözü önünə alaraq günahsız öldürülənlərin və həbs olunanların ailələrinə kömək etdi. Bu hadisələrin pik nöqtəsi isə Tərtər hadisəsidir. Çünkü burada vəziyyət daha acınacaqlıdır. Söhbət müharibə şəraitində olan ölkənin ordusunun sındırılmasından gedir. Rəsmən məhkəmələrlə tanınmış 9 ölüm və 101 zərərçəkmiş...
Öldürülənlərdən 6-sına bəraət və ya bəraətverici əsaslarla işinə xitam verilib. Amma, Oktay bəyin araşdırmalarında bu rəqəmlər daha yüksək idi.
Bundan başqa Oktay bəy fərdi qaydada da insanların hüquqlarını müdafiə edirdi. Oktay bəy həyatının önəmli hissəsini 10-larla sadə vətəndaşların, eləcə də siyasi məhbusların, jurnalistlərin, siyasətçilərin hüquqlarının müdafiəsinə həsr edib. İndi gəlin görək vətənini, xalqını, millətini bu qədər sevən bir vətəndaşımız üçün biz nələri etdik? Açığı mən düşündüm ki, Oktay bəyin qəzaya düşməsi bu milləti ayağa qaldıracaq. Hər bir azərbaycanlı ona mənəvi dəstək olacaq. Bu hadisənin sui-qəsd olub olmadığının araşdırılmasını kəskin formada hakimiyyət qarşısında qaldıracaq. Lakin xalqın böyük kəsimi bu hadisəyə laqeyid , ögey münasibət göstərdi. Mən bundan çox sarsıldım. Mən hələ də anlaya bilmirəm ki, daha nələr baş verməlidir ki, bu millət layiqli övladlarına biganə qalmasın. Əgər biz bu gün Oktay Gülalıyev fenoniminə biganəyiksə, bizim yaşamağa heç bir mənəvi haqqımız yoxdur. Bir millət olaraq məhvə məhkumuq.
Əziz dost, bütün varlığımla sənə bu vəziyyətdən çıxmağı və sevdiklərinin yanına qayıtmağı arzulayıram. Allah özü Sizə kömək olsun. Biz bəndə olaraq Sizə kömək ola bilmədik, qoruya bilmədik".
Nasir Əliyev