Hakim:"Mən sənin günahını sübut edəcəm"-FOTOLAR
Gəncə hadisələri ilə bağlı həbs olunmuş şəxslər və onların ailələri ilə hakimiyyət siyasi alver etməyə çalışır. 7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb. Həmin yazını olduğu kimi təqdim edirik: "Belə ki, "Gəncə işi" ilə bağlı qondarma İttiham Aktı tam iflasa uğradığına görə ictimai basqı altında geri çəkilən hakimiyyət 1- ci instansiya məhkəməsində əsassız və ağır cəza verdiyi məhbusların cəzalarını Bakı Apelliyasiya məhkəməsində azaltdı. 5 nəfəri məhkəmə zalından azadlığa buraxdı. Bu prosesin davam edəcəyi gözlənildiyi halda "Gəncə işi" ilə bağlı hazırda Sabunçu rayon məhkəməsində yekunlaşmaqda olan məhkəmələrdə təqsirləndirilən şəxslərlə bağlı prokuror tərəfindən gözlənilməz, təəccüblü və ağır cəzalar istənilir...
Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Oqtay Hüseynzadəyə ömürlük, Məmmədov Rufan Şahin oğluna və Quliyev Eşqin Zahid oğluna 20 il, digərlərinə isə 9 il,10 il cəza istəyib (1?)...
"Gəncə işi" ilə bağlı ən çox iştirak etdiyim qruplardan biri bu qrupun məhkəmə prosesləri olub. Nadir məhkəmələrdən olub ki, hakim günahsız olduğunu bildirən məhbusa prokurordan da qabağa gedərək "mən sənin günahını sübut edəcəm" deyirdi. Azərbaycanın məhkəmə tarixində bəlkə də yeganə proses olub ki, bir prosesdə hakim vəkillərə vəsatət verdiyinə görə 10- dan çox protokola yazılmaqla rəsmi xəbərdarlıq edib (!?). Yəni 5 ay davam etməsinə baxmayaraq bu məhkəmənin adı məhkəmə olsa da əslində orda hüquqdan və qanundan başqa hər şey var idi. Və belə məhkəmələrdən istənilən hökmü gözləmək olar.
Əslində nə baş verir? Yuxarıdakı qeydə qayıdaraq bildirim ki, əslində hakimiyyət bu addımı ilə Gəncə məhbusları və onların ailələri ilə siyasi alver edir. Yəni 1- ci instansiyada ağır cəza verir, apelliyasiya instansiyasında isə verdiyi hökmü yarıya qədər azaldır və bəzi məhbusları məhkəmə zalından azadlığa buraxır. Ağır cəza vermiş çəhbuslara və onların ailələrini məcbur edir ki, ona müraciət üdib xahişdə bulunsunlar ki, övladımızı azadlığa burax. Hakimiyyət də guya humanistıik nümayiş etdirərək onları azadlığa buraxır. Necə deyərlər "yaxşı adam" olur...
Biz ilk gündən demişik: Gəncə hadisələri ilə bağlı hazırda məhkəməsi gedən şəxslər günahsızdır. Onlar azadlığa buraxılmalıdır və inşallah gec- tez də buraxılacaq. Halimiyyətin bu addımları ona divident yox, əksinə vətəndaşlarda kin, qəzəb qazandırır.
Gəncə məhbuslarına və bütün siyasi məhbuslara azadlıq tələb edirik!"- deyə Oktay Gülalıyev yazıb.