DİN təqib və təhdidlərlə bağlı müraciətlərə niyə reaksiya vermir? 


"Milli fədailər" qrupunun hakimiyyətin rejimin opponentlərini təqib etmək üçün yaratdığı xüsusi qrup olduğundan heç bir şübhə yoxdur. 7gun.org xəbər verir ki, bu fikri Toplum TV-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Məhz bu qrup müxalifət fəallarının və konkret olaraq AXCP fəallarının ünvanına qarayaxma və təhdidlər təşkil edib. Uzun müddət sosial şəbəkələrə bu qrup adından açıq-aşkar təhdidlər yağıb, AXCP tərəfdarlarına təzyiq göstərilib.

İş o yerə çatıb ki, özünü bu qrupun lideri adlandıran Fuad Muradov adlı şəxs AXCP üzvünü ölümlə hədələyib. Amma bizim DİN-ə bununla bağlı müraciətlərimiz cavabsız qalıb. Hakimiyyətin bu davranışı yalnız "Milli fədailər"in hakimiyyətin nəzarəti altında olduğunu göstərir, deyə Əli Kərimli qeyd edib.

Yuxarıda deyilənlər dünən, Yasamal rayon məhkəməsi AXCP fəalı və Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirlini saxta ittihamla 30 gün müddətinə həbs etdikdə növbəti dəfə təsdiqini tapıb.