AXCP liderinin işi üzrə məhkəmə güclü təhlükəsizlik tədbirləri keçirir


Noyabrın 19-da səhər saatlarında müxalifətçilərin Şəhidlər Xiyabanını ziyarəti zamanı saxlanılmış müxalifətçiləri, o cümlədən AXCP lideri Əli Kərimlini Səbail rayon məhkəməsinə gətiriblər.

Məhkəmənin iclası güclü təhlükəsizlik tədbirləri görən polis tərəfindən mühasirəyə alınıb.

Polis və mülki geyimli şəxslər toplaşan müxalifət tərəfdarlarını və jurnalistləri məhkəmə binasından qonşu parka dorğu sıxışdırıblar. Bununla belə, bir qrup fəal məhkəmə binasına keçməyə müvəffəq olub.

Prosesin başlaması haqqında heç bir məlumat yoxdur.

İcazəsiz yürüş təşkil etməkdə ittiham olunan 11 şəxsə qarşı inzibati iş açılıb.

AXCP və Demokratik Qüvvələrin Milli Şurası bu iddiaları təkzib edərək, 17 noyabrın rəsmi bayram - Milli Qurtuluş Günü olduğunu bildiriblər. Bir qrup fəal Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatından keçənlərin xatirəsini yad etmək və məzarlarına gül qoymaq üçün Şəhidlər Xiyabanını ziyarət etmək niyyətində idi.

Turan.az