17 noyabr Milli Dirçəliş Günüdür
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.1988-ci il noyabrın 17-də Lenin adına meydanda (indiki "Azadlıq" meydanı) Dağlıq Qarabağda separatçılar tərəfindən Azərbaycanın suverenliyinin pozulması ilə bağlı respublika və ittifaq hakimiyyətlərinin fəaliyyətsizliyinə etiraz olaraq fasiləsiz mitinq başlamışdı.
Yüz minlərlə insan iki həftə fasiləsiz olaraq Moskvadan Qarabağda erməni separatizminə son qoyulmasını tələb etdi.
Dekabrın 4-dən 5-nə kecən gecə ittifaq hakimiyyəti mitinq iştirakçılarına qarşı cəza tədbirləri həyat keçirdi, nəticədə onlarla adam yaralandı, bir nəfər həlak oldu.
Bununla belə, mitinq güclü hərəkatın başlanğıcını qoydu və bu 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndi.
1992-ci ildən 17 dekabr Milli Dirçəliş Günü Günü kimi qeyd olunur. 2006-cı ilin sonunadək bu bayram qeyri-iş günü idi. Lakin 2006-cı ilin sonunda parlament onu qeyri-iş günləri siyahısından çıxardı.
Bu günün böyük əhəmiyyət daşımasına baxmayaraq, indiki hakimiyyət heç bir tədbir keçirmir.
Hətta bu il bu mühüm hadisələrin 30 illiyi ilə bağlı dövlət səviyyəsində heç bir tədbir keçirilmir.
Xalqın azadlığının simvolu olan "Azadlıq" meydanı çoxdan mitinqlər üçün qadağan edilib. İndi burada ancaq hərbi paradlar, şou-konsertlər, "Formula-1" yarışları keçirilir.
/Turan.az/