"Qarabağ" adı altında növbəti mitinq keçriləcək
Pənah Hüseyn: “Çalışacayıq ki, Qarabağın adına layiq bir tədbir olsun”
“Qarabağla bağlı növbəti mintinqin keçirilməsi 24 noyabr tarixinə təyin olunub”.
Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məlumatlandırıb.
Partiya sədrinin sözlərinə görə, mitinqin izdihamlı olması, aksiyada mümkün qədər çox insanın iştirakı üçün bütün gərəkli addımar atılacaq:
“Çalşacayıq ki, həm şüarların, həm də Qarabağın adına layiq bir tədbir olsun. Bunun üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Bu baxımdan hesab edirəm ki, 24 noyabr mitinqinə yetərincə maraq olacaq”.
MODERATOR.AZ