12 noyabr Konstitusiya Günü kimi qeyd olunur


12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilib.

Ötən 23 ildə Konstitusiyaya üç dəfə dəyişikliklər və əlavələr edilib: 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il.

2009-cu ilə qədər Konstitusiya Günü qeyri-iş günü kimi qeyd olunurdu. Lakin sonradan bayram günü kimi qalsa da qeyri-iş günü deyil.