ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Səfirliyin Facebook səhifəsində yayılmış təbrikdə deyilir: "Yenidən əldə olunmuş müstəqilliyin 27-ci ildönümü ilə əlaqədər Azərbaycan xalqını təbrik edirik. Bu münasibətlə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar"