Respublikada Bayraq günü qeyd olunur


9 noyabr Azərbaycanda Bayraq Günü kimi qeyd olunur. Azərbaycan prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən bu gün dövlət bayramları sıyahısına daxil edilib.

Bayrağın gəngləri - göy türkçülüyü, qırmızı müasirliyi, yaşıl islamı ifadə edir.

İlk dəfə üçrəngli ayparalı və səkkizgüşəli bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC: 1918-1920) Nazirlər Şurası tərəfindən qəbul edilib.

Bayraq Azərbaycan tarixində ən əlamətdar günlərdən birində, 1918-ci il dekabrın 7-də AXC parlamentinin açılışı zamanı qaldırılıb. Parlamentin ilk iclasında AXC Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə bayrağı qəbul edərkən deyib: "Bir kərə yükləsən bayraq bir daha enməz!"

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra dövlətçiliyin milli atributları məhv edilib.

Üçrəngli bayraq növbəti dəfə 1988-ci ildə Bakıda milli-demokratik hərəkatın fəallarının mitinqində qaldırılıb. Buna görə onların bəzisi həbs edilib. Lakin xalq hərəkatının təzyiqi altında rəsmi hakimiyyət bayrağı dövlət səviyyəsində bərpa etməli olub.

1990-cı il noyabrın 17-də AXC-nin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, 1990-cı il noyabrın 29-da isə Azərbaycan SSR-nin (həmin fərmanla Azərbaycan Respublikası adlandırılıb) dövlət bayrağı kimi qəbul edilib.

2010-cu ildə Bakıda o dövr üçün ən hündür dirəyə malik Bayraq Meydanı yaradılıb. Həmin işlərə 25 mln. dollar sərf edilib. 2017-ci ildə meydanı dəniz suyu yuduğuna görə bayraq dirəyi götürülüb. Möhkəmləndirmə işlərinə başlanılıb və indiyədək davam edir.