AXCP fəalları həbs edilib


Səbail Rayon Məhkəməsi AXCP fəalları Ağababa Cəfərli, Ruslan Əmirov və Cavid İbrahimovu 20 günlük həbs edib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (icazəsiz yürüşdə iştirak etmə) maddəsi ilə təqsirli biliniblər.

AXCP fəalları Ramiz Cəfərov, Sərdar Qubadsoy və Ramid Nağıyev, həmçinin bloger Fatimə Mövlamlı və Kanal-13-ün jurnalisti Nurlan Qəhrəmanlı 400-500 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, AXCP lideri Əli Kərimli də 2500 manat cərimə kəsilərək, azad buraxılıb.

Bütün bu şəxslər noyabrın 17-də Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edərkən saxlanılıblar.

/Turan.az/