Jurnalistə qarşı polis zorakılığı
Sentyabrın 11-də səhər "Azadlıq" qəzetinin reportyoru Təzəxan Mirələmli polis zorakılığına məruz qalıb.7gun.org Turan.az-a istinadən xəbər verir ki, hadisə Xalq Cəbhəsi Partiyasının fəallarının mətbuatın müşaiyəti ilə gəldiyi Yasamal rayon məhkəməsinin binası qarşısında baş verib.
Hadisə yerinə gələn polis dəstələri jurnalistlər daxil olmaqla, toplaşanlara qarşı zorakılıq tətbiq ediblər. Polis serjantlarından biri Mirələmliyə vurub, o, yıxılıb və xəsarət alıb. Bu, jurnalistin özünü təqdim edib polisi peşə hüquqlarını pozmamağa və işinə mane olmamağa çağırıb.
Hadisə onlarla şahidin gözü önündə baş verib və digər jurnalistlər tərəfindən qeydə alınıb.
"Azadlıq" qəzetinin redaksiyası baş verənləri ölkədə jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının dəlili və hakimiyyətin ifadə azadlığına qarşı açıq özbaşınalığı kimi qiymətləndirib.