“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”


“Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”.

7gun.org Demokrat.az-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclasdır. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər. Mən bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram”.