Saxlanılan AXCP fəalından dördü polisdən buraxılıb
Sumqayıtda saxlanılan beş nəfər AXCP fəalından dördü polisdən buraxılıb.
Mahir Rüstəmli isə naməlum istiqamətə aparılıb, AXCP-dən bildiriblər.
2019 Fevral 11 (Bazar ertəsi) 15:06:25
Sumqayıtda beş nəfər AXCP fəalı saxlanılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) beş fəalı bu gün Sumqayıtda saxlanılıb.
7gün tv xəbər verir ki, AXCP-dən Turan-a verilən məlumata görə, onlar Sumqayıt Apellyasiya Məhkəməsinin binası qarşısında saxlanılıblar. Belə ki, məhkəmədə partiyanın Şamaxı şöbəsinin rəhbəri, bundan öncə 30 sutkalığa həbs olunmuş Zahir Məmmədlinin işinə baxılırmış.
Fəallar Elnur Həsənov, Elvin Maqsudlu, Mahir Rüstəmli, Hidayət Rəsulzadə və Elman Ağayev Sumqayıt Polis İdarəsinə aparılıblar.
Z.Məmmədlinin şikayəti təmin olunmayıb.
O, fevralın 5-də Şamaxıda saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə 30 sutka həbs edilib.
7gün.tv -in məlumatına görə AXCP-dən bildirilib ki, müxalifətin 19 yanvar mitinqindən öncə və sonra partiya fəallarına təzyiqlər artıb. 50-dən çox adam saxlanmaya, inzibati cərimələrə və həbslərə məruz qalıb.
Hakimiyyət vətəndaşların siyasi motivlərlə təqib olunmasını inkar edir.
/Turan/