Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü


Cümə günü dövlət başçısı İlham Əliyev İranın iqtisadi və maliyyə məsələləri üzrə naziri Fərhad Dejpasandı qəbul edib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

İRNA agentliyinin məlumatına görə, İran naziri bildirib ki, dünən Bakıda Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının 13-cü iclası keçirilib. Danışıqlar zamanı tərəflər eksterritorial kənd təsərrüfatının tətbiqi, mal-qara karantini və qida təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Bundan başqa, İran naziri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovla, habelə "Azərbaycan Dəmir Yolları" şirkətinin sədri Cavid Qurbanovla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.