İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının preziidentini qəbul edib


Bazar ertəsi dövlət başçısı İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

Görüşdə FİDE və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, Dvorkoviç "Skolkovo" Fondunun rəhbəri qismində Azərbaycan və Rusiya arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələlərinə toxunub.