Azərbaycan Respublikasının Prezidenti Türkiyənin nəqliyyat, İranın rabitə nazirlərini qəbul edib


Dekabrın 4-də prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Turhanı qəbul edib.

Görüş zamanı birgə layihələrin reallaşması və Türkiyə şirkətlərinin Azərbaycanda kommunikasiya layihələrində iştirakı müzakirə olunub.

Həmin gün İ.Əliyev İranın rabitə və informasiya naziri Məhəmməd Azəri Çəhromini qəbul edib.

Görüş zamanı İran şirkətlərinin "Bakutel" telekommunikasiya sərgisində iştirakı və İranla Azərbaycanın regional telekommunikasiya layihələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

İranlı nazir İran-Azərbaycan-Türkiyə və Rusiya formatında kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.