Səfir:"Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri dünya əhəmiyyətlidir"


Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən həyata keçirilən layihələr təkcə regional deyil, həm də dünya əhəmiyyətlidir.

Bunu "Report"a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzrum və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri – bütün bu layihələr bölgənin mənzərəsini dəyişir, bizlərdən hər birinin həyatına böyük töhfə verir. Sözügedən iri layihələr təkcə regional deyil, həm də dünya əhəmiyyətlidir. Ona görə ölkələrimizin bu istiqamətdə əməkdaşlığı ilbəil dərinləşir və inkişaf edir", - deyə o bildirib.

Türkiyə parlamentinin sədri Binəli Yıldırımın Azərbaycana səfərini şərh edən səfir bildirib ki, bu, B.Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçilməsindən sonra etdiyi ilk səfərlərdəndir.

"Bu böyük əhəmiyyətə malikdir və ölkələrimiz arasında ənənəvi xarakter daşıyır. Və əlbəttə ki, bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub ki, nəticələrini tezliklə biləcəyik", - deyə E.Ozoral əlavə edib.