Elmar Məmmədyarovun və Yekaterina Zaxaryevanın sədrliyilə Strateji Dialoqunun ilk iclası olub


Sofiyada Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası olub. Görüş Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın sədrliyilə keçirilib.

İclasda iqtisadi-ticarət münasibətləri, energetika, nəqliyyat layihələrinin həyata keçirilməsi, Azərbaycanın strateji tərəfdaşlığı, Bakı və Sofiyanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə olunub.