6 hakimlə bağlı intizam icraatı başlayıb


Qanunvericiliyin tələblərini pozmaları ilə əlaqədar altı hakim barəsində intizam icraatı başlayıb. Bu barədə Məhkəmə-Hüquq Şurasının oktyabrın 29-da keçirilmiş iclası ilə bağlı yayılmış bəyanatında deyilir.

İclasda Ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib.

Fəaliyyətində müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib və dövlət başçısı

tərəfindən Milli Məclisə həmin namizədlərin təyinatı ilə bağlı təqdimat göndərilib.

Beləliklə, ilk dəfə olaraq Ali və bütün apellyasiya instansiyası məhkəmələri tam komplektləşdiriləcək.

Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlayıb.

15 nəfərdən ibarət оlan Şura əsasən hakimlərdən (9 nəfər) fоrmalaşıb, eyni zamanda оnun tərkibinə hakimiyyətin digər qоllarının, habelə məhkəmə prоsesində tərəf оlan prоkurоrluğun və vəkilliyin nümayəndələri daхildir.