Prezident qtisadi və sosial məsələlər üzrə müşavirə keçirib
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi iqtisadi və sosial məsələlər üzrə müşavirə keçirib, bu barədə rəsmi məlumatda deyilir. Müşavirənin təfsilatı hələlik açıqlanmır.
Dərc edilmiş fotoşəkildən göründüyü qədər, müşavirədə az sayda vəzifəli şəxs - maliyyə-iqtisadiyyat nazirləri, Mərkəzi Bankın rəhbəri, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, Neft Fondunun icraçı direktoru, əmək naziri iştirak ediblər.
Maraqlıdır ki, baş nazir və müavinləri iclasda iştirak etməyiblər.