Prezidentin yeni fərmanı


Bazar ertəsi prezident İlham Əliyev şəhid ailələrinin nümayəndələrindən ibarət qrupu qəbul edib. İştirakçılardan birinin Turan-a verdiyi məlumata görə, görüşdə şəhid ailələrinə doğmalarının döyüş əməliyyatlarında həlak olması ilə əlaqədar birdəfəlik təzminat haqqında yeni fərmanı elan edilib. Fərmana əsasən, 11 min manatlıq təzminat əvvəllər yardım alan ailələrə, həmçinin Qarabağ müharibəsində həlak olmuş polislərin ailələrinə də ödəniləcək.

Xatırladaq ki, yazda dövlət başçısı şəhid ailələrinə 11 min manat təzminat ödənilməsi haqqında sərəncam imzalayıb.

Amma 100-ə yaxın ailənin nümayəndələri əvvəllər təzminat almadıqları üçün oktyabrdan etibarən təzminatlarının ödənilməsi tələbi ilə hər həftə aksiya keçiriblər.

1990-cı illərdə həlak olan hərbi qulluqçuların ailələrinin bir hissəsi cüzi miqdarda təzminat alıb. Həlak olan polislərin ailələri də təzminat almayıblar.

Prezidentin yeni fərmanı haqqında hələlik rəsmi məlumat yoxdur.