Miroslav Layçak Azərbaycana gəlib


ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycana gəlib.

7gun.org xəbər verir ki, o, səfər zamanı ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

ATƏT sədri daha əvvəl müsahibəsində Bakıda Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.

Miroslav Layçak Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu deyib.