Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış


ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycan hakimiyyətini KİV-in fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıb.

Azərbaycanda 20 çap KİV-nin maliyyələşdirilmədən məhrum edilməsi haqqında qərarı ərh edən Dezir KİV rəqəmsallaşdırma ilə bağlı transformasiya proseslərindən keçərkən onlara dəstəyin vacib olduğunu deyib.

"Bütün bunlar KİV-ə şəffaf və ədalətli iqtisadi dəstək sistemi və mətbuatın plüralizmini və müstəqilliyini təmin edən hüquqi mühitin olmasını təmin edir.

Bu, həmçinin KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə, şəffaf rəqabətə, reklam mənbələrinə bərabər çıxışa, azad informasiya axınına və İnternetdən maneəsiz istifadəyə kömək edən qanunların və müdafiə mexanizmlərinin tətbiq edilməsini tələb edir", deyə Dezirin bəyanatında qeyd edilir.

Sonda Dezir ölkə rəhbərliyi, jurnalistlər və qeyri-hökumət təşkilatları ilə görüş üçün yaxın gələcəkdə Azərbaycana səfər etməyə böyük maraq göstərdiyini bildirib.

/Turan/