Brakonyerlər maral vurublar


Qəbələ rayonunda Vəndam qəsəbəsi yaxınlığında meşəmassivində dişi marala atəş açan şəxslərin axtarışı aparılır.

Marallar Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib və onların ovu uzun illərdir qadağan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qanunsuz ov faktı nazirliyin Qəbələ şöbəsinin əməkdaşları tərəfindən qeydə alınıb.

Meşədə atəş səsi eşidən nazirlik əməkdaşları öldürülmüş dişi maral cəsədi aşkarlayıblar.

Polis maralı vuran brakonyerlərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə araşdırmaya başlayıb.

Ötən ay Şahdağ Milli Parkında "Qırmızı Kitab"a daxil edilmiş boz ayı vurulmuşdu.

Qeyd edək ki, sözügedən zona imkanlı şəxslərin ovlandığı məşhur yerlərdən biridir, onlar dövlət məmurlarının dəstəyinə arxalanaraq, heç bir qaydaya məhəl qoymurlar.