Göyçayda jurnalistin həbs olunduğu deyilir


Hefteaz.info saytının baş redaktoru Aqil Mahmudovun Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunduğu deyilir.

7gun.org xəbər verir ki, bu barədə SMMM-nin üzvü Taleh Xasmmәmәdov özünün feysbuk hesabında məlumat paylaşıb.

Məlumat da o da qeyd edilib ki, jurnalist artıq məhkəmə qarşısına çıxarılıb.

"Hefteaz.info saytının baş redaktoru Aqil Mahmudov iş fəaliyyəti və sərt tənqidi yazılarına görə Göyçay rayonunda polis tərəfindən həbs olunaraq məhkəmə qarşısına çıxarılıb. İlkin ehtimala görə barəsində hələlik inzibati protokol verilib" - deyə o feysbuk statusunda qeyd edib.