Keçmiş icra başçısının həbs müddəti uzadıldı
Bu gün Nəsimi rayon məhkəməsində Gədəbəy rayonunun keçmiş icra başçısı, döyüşçü Saleh Rüstəmovun barəsində olan həbs qətimkan tədbirinin artırılması haqda təqdimata baxılıb. Babək Pənovun sədrliyi ilə keçən prosesdə Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin təqdimatı və prokurorun vəsatəti əsasında həbs müddəti dekabrın 18-nə kimi artırılıb.
Qərardan apellyasiya şikayəti veriləcək.
Saleh Rüstəmov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunaraq həbs olunub. Sonradan ona daha iki maddə- 191.2 və 193.1 maddələri ilə ittiham irəli sürülüb.
/Azadliq.info/