Böyük dələduzluq: Baş prokurorun "kirvəsi" tutuldu


Hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adından istifadə edərək dələduzluq etməkdə təqsirli bilinən Elşad Atakişiyevin ibtidai istintaqı yekunlaşıb.

7gun.org Gundemxeber.biz-ə istinadən xəbər verir ki, hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Elşad Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Elşad Atakişiyev həbsdə olan bir qrup şəxsin qohumlarına qarşı dələduzluq edib. O, baş prokurorun və digər vəzifəli şəxslərin adından istifadə edib.

Elşad Atakişiyev özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxslərin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib.

Dələduzluqla üzləşənlərdən biri də Masallı rayon sakini Səadət Məmişovadır.

Elşad Atakişiyev Səadət Məmişovaya özünü baş prokurorun kirvəsi kimi təqdim edib, onun 2012-ci ildə məhkum olunan həyat yoldaşı Namiq Məmişovun azadlığa çıxmasına köməklik edəcəyinə vəd verib.

O, bu işi görmək üçün Səadət Məmişovadan 20 min manat verib. Elşad Atakişiyev digər zərərçəkmişləri də eyni üsulla aldadıb və onların pullarını ələ keçirib. Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş var.

Aygun Mustafayeva