Bakıda tozun miqdarı normadan 3 dəfə çoxdur
Avqustun 30-u saat 10:00-a olan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarı 3 dəfədən yuxarıdır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti məlumat yayıb.
Bununla bağlı Departament Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı müşahidələr aparır.
Departament gün ərzində hər 3 saatdan bir yenilənən məlumatın təqdim olunacağını bildirir.
Xatırladaq ki, nazirlik buna səbəb olaraq ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasını göstərir