"Nədir bu adamların dərdi?"-Əli Kərimli
"Şübhə etməyin, bu nifrət də, kin də, bumeranq kimi özlərini vuracaq".7gun.org-ın məlumatına görə AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində Məmməd İbrahimə qarşı irəli sürülmüş yeni ittihama münasibət bildirib:"Bu qədər saxtakarlıqmı olar? Dünən 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Həsənov özü Məmməd İbrahimin oğlu Turan bəyi qəbul edib. Məmməd bəylə bağlı problem olmadığını, bu gün azad ediləcəyini deyib. İndi isə Məmməd bəyi qarşılamağa gedən ailəsinə və dostlarına deyirlər ki, onu yenidən lənətə gəlmiş Kürdәxanı istintaq təcridxanasına göndəriblər. Bәlli olur ki, artıq Yasamal rayon mәhkәmәsindә Mәmmәd bәy barәsindә 2 aylıq hәbs-qәtimkan tәdbiri seçilib.
Nədir bu adamların dərdi? Nifrətmi, qorxumu, kinmi, qisas hissimi, yoxsa hamısı bir yerdə? Şübhə etməyin, bu nifrət də, kin də, bumeranq kimi özlərini vuracaq.
Məmməd İbrahimə azadlıq tələb edirik!