MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi-QƏRAR
Mərkəzi Seçki Komissiyaı fevralın 13-də keçirilən iclasında 74 saylı Lənkəran seçki dairəsindən Milli Məclisə seçkilərin nəticələrini etibarsız sayıb. Həmin dairədə Hadi Rəcəbli qalib elan olunmuşdu.Qərar fevralın 9-da səsvermə zamanı saxtalaşdırmalar və qanun pozuntularının olduğunu iddia edən digər iki namizədin şikayəti əsasında qəbul edilib.
7gun.org Turan İA-nə istinadən xəbər verir ki, MSK nümayəndəsi Qabil Orucovun sözlərinə görə, 27 məntəqədə pozuntu aşkarlanıb və onlar etibarlı deyil.
Bu gün MSK 33 saylı Xətai seçki dairəsində də səsvermənin nəticələrini etibarsız sayıb. Həmin dairədə Hüseynbala Mirələmov qalib elan olunmuşdu.
Bu qərar həmin dairədən namizəd Fuad Abbasovun şikayəti əsasında qəbul edilib. O 21-ci məntəqədə pozuntuların və saxtalaşdırmanın olduğunu bildirib.