Seçkilərdə rəqabət mühiti olmayıb-ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri
Fevralın 10-da ATƏT DTİHB, AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərinin monitorinqinin nəticələrini təqdim edib.Üç müşahidəçi qrupunun rəhbərlərinin ümumi qiymətləndirməsi belədir ki, seçkilər Avropa demokratiya normalarına uyğun olmayıb və bu seçkiləri əhalinin iradəsinin azad ifadəsi hesab etmək olmaz.
Əsasən ATƏT DTİHB missiya koordinatoru Andrey Qerasimov deyib ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit növbədənkənar parlament seçkilərində əsl rəqabətə maneçilik törədib.
Real siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə düşünülmüş seçim verilməyib. Bir çox namizəd seçicilərlə əlaqə yaratmaq üçün sosial şəbəkələrdən istifadə edib, lakin bu, kampaniyanın ənənəvi KİV-də yayımlanmasını kompensasiya etməyib.
DTİHB və Venesiya Komissiyasının əsas KİV azadlıqları və namizədlərin qeydiyyatı ilə bağlı çoxdankı tövsiyələri yerinə yetirilməyib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azad seçki hüququnun pozulmasına dair 23 iş üzrə qərar qəbul edib, lakin İlqar Məmmədovun işi də daxil olmaqla, heç bir qərar icra olunmayıb, bu səbəbdən o, namizədliyini irəli sürə bilməyib.
AŞPA missiyasının koordinatoru Frank Şvabe deyib ki, müşahidəçilər çoxsaylı pozuntular qeydə alıblar, bu, ən çox səslərin hesablanması zamanı baş verib.
İfadə azadlığına və məlumat əldə etmək hüququna konstitusiyada zəmanət verilməsinə baxmayaraq, əsas qanunvericilik ciddi şəkildə məhdudlaşdırılıb. Ənənəvi KİV seçicilərə müsabiqə iştirakçıları və onların platformaları haqda məlumat verməyib, yayım tədbirləri yayımçılar tərəfindən işıqlandırılmayıb, halbuki, prezident geniş işıqlandırılır.
Seçkilərlə bağlı xəbərlərin işıqlandırılması MSK-nın fəaliyyətinə dair hesabatlara aid olub. Əksinə, sosial şəbəkə platformaları alternativ siyasi məlumat təqdim edir. Bununla belə, ictimaiyyət əsl siyasi müzakirələrdən məhrum olub.
Seçki günü səsvermə məntəqələrin 7% -i mənfi qiymətləndirilib, bu, yüksək göstəricidir və ciddi prosedur çatışmazlığını göstərir.
Seçicilərin barmaqlarının məcburi işarələnməsi çox vaxt gözdən yayınırdı və müşahidəçilər bülletenlərin atılması və qrup halında səsvermənin olduğunu bildiriblər. Hesabatların yarıdan çoxunda səslərin hesablanması mənfi qiymətləndirilib, əsasən də vacib prosedur olan yoxlamanın və şəffaflığın məhdudlaşdırılması səbəbindən.
ATƏT PA missiyasının koordinatoru Yelena Hoca Cebrea deyib ki, debatlar üçün şəraitin olmaması seçicilərin namizədlərin proqramlarını bilməsinə imkan verməyib.
Səsvermə günü pozuntularla bağlı çoxsaylı məlumatlar daxil olub. Missiya yaxşı hazırlanmış metodologiyadan istifadə edərək seçkiqabağı dövrü və səsvermənin özünü beynəlxalq standartlar baxımından qiymətləndirib və tamamilə obyektiv olub, o qeyd edib.
İlkin rəy bunu nəzərə alaraq hazırlanacaq.
Missiyanın jurnalistlərə və ictimaiyyətə təqdim olunan hesabatının ilkin nəticələrində deyilir ki, “Azərbaycanda fundamental hüquq və azadlıqların təmin olunması ciddi narahatlıq doğurur”.
Hökuməti tənqid edənlərə qarşı sistematik təqiblər barədə xəbərlər ciddi narahatlığa səbəb olur. Seçkilərdə rəqabət mühiti olmayıb, sərbəst toplaşma və birləşmə azadlığı təmin edilməyib.
Dövlət məmurlarına müxalifəti dəstəkləməmək üçün təzyiq göstərilməsi, müxalifət fəallarının polisə çağırılması və təzyiqə məruz qalması barədə sübutlar var.
Seçki günü müşahidəçilər prosedur pozuntularını qeydə alıblar: bülletenlərin sayılmaması (35 hal), seçki qutularının seriya nömrələrinin qeyd edilməsi (37 hal).
Müşahidənin aparıldığı məntəqələrin 7%-də səsvermə prosesi mənfi qiymətləndirilib.
Seçicilərin barmaqlarında mürəkkəb izləri yoxlanılmayıb (13%).
Seçki qutularına topa bülleten atılması məntəqələrin 16% -ində qeydə alınıb. “Karusel”lər 5% məntəqədə, məxfiliyin pozulması 4% məntəqədə qeydə alınıb.
39 halda komissiya üzvləri müşahidəçilərlə əməkdaşlıq etməyiblər, 6 halda partiyaların nümayəndələri və ya namizədlər qovulub. 44 seçki məntəqəsində kənar şəxslər, o cümlədən polis və təhlükəsizlik xidməti əməkdaşları, hərbi qulluqçular, habelə dövlət məmurları görünüb.
Əhəmiyyətli prosedurlara məhəl qoyulmadığına görə 113 haldan 66-da səslərin sayılması mənfi qiymətləndirilib.
Seçki qutuları açıldıqdan sonra müşahidəçilər topa ilə bülleten atıldığını görüblər. Belə ki, 7 halda seçki bülletenlərinin sayı seçicilərin sayından çox olub. 15 halda müşahidəçilər protokolların qəsdən saxtalaşdırıldığını görüblər.
22 halda komissiya sədrləri protokolları imzalamayıblar. 17 məntəqədə protokolların nömrələri ya dəyişdirilib, ya da qanun pozuntusu ilə doldurulub.
Turan İA