"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib"-Rusiya XİN
7gun.org-ın Turan İA-nə istinadən məlumatına görə, Rusiya XİN Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilər missiyasının tənqidini qərəzli hesab edir.RF XİN mətbuat xidmətinin şərhində deyilir ki, MDB və ŞƏT müşahidəçilərinin qiymətləndirməsinə görə, seçkilər milli qanunvericiliyin tələblərinə uyğun keçirilib, vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib.
“Təəssüflə qeyd edirik ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament assambleyalarının müşahidəçiləri qərəzli və subyektiv, real mənzərəyə uyğun olmayan yekun qiymətləndirmə aparıblar.
Seçkilərin uğurla keçirilməsi ilə əlaqədar azərbaycanlı dostlarımızı təbrik edirik. Bu, əhalinin Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönələn islahatlarını dəstəklənməsindən xəbər verir”, - şərhdə deyilir.