Mayın 13-də heç bir şey imzalanmayacaq


"Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz mayın 13-də imzalanması nəzərdə tutulmayıb. Çünki ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki davam etdirilir. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədovun bugünkü bəyanatı ilə əlaqədar Azərbaycan XİN mətbuat xidmətinin şərhində deyilir.

Beləliklə, O.Əsədovun XİN rəhbəri və ya ölkənin növbəti xarici siyasi uğurlarından xəbər verən münəccim rolunda çıxış etməsi vaxtından əvvəl oldu.