"Tərəflər arasında birbaşa danışıqlar tamamilə mümkündür və realdır"- Z.Oruc
Azərbaycan və Ermənistan rəhbərləri vasitəçilərsiz, yəni ATƏT-in Minsk Qrupunun iştirakı olmadan birbaşa danışıqlara getməlidir. Bu sensasion bəyanatla deputat Zahid Oruc parlamentin iclasında çıxış edib.
"Üçüncü tərəfin iştirakını "neytrallaşdırmaqla" nizamlanma üzrə danışıqların yeni formatını yaratmaq lazımdır. Danışıqların növbəti mərhələsinə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri qoşula bilər", - Z.Oruc Turan-ın müxbiri ilə söhbətində öz ideyasını şərh edərkən bildirib.
O həmçinin Əliyev və Paşinyanın Düşənbədə əldə etdiyi razılaşmaların müsbət yekunlarını qeyd edib. Bundan sonra tərəflər operativ əlaqə yaradıb təmas xəttində gərginliyi səngidə bildilər. "Bu, göstərir ki, tərəflər arasında birbaşa danışıqlar tamamilə mümkündür və realdır", - Z.Oruc qeyd edib.
Onun fikrincə, belə format daha səmərəli olacaq, nəinki nizamlanmada ATƏT-in Minsk Qrupunun iştirakı.
Eyni zamanda deputat etiraf edib ki, onun təklifi mənfi "rezonans" doğura bilər, lakin ictimaiyyəti bunun üzərində ciddi düşünməyə çağırıb.