Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb


Azərbaycanlı siyasi mühacir Daşqın Ağalarov bu gün Polşanın Qdansk şəhərində aeroportda saxlanılıb. Ona məlumat verilib ki, saxlanma İnterpolun sorğusu əsasında aparılıb və onu Azərbaycana deportasiya edəcəklər.

7gun.org Turan.az-a istinadən xəbər verir ki, bu barədə digər siyasi məhbus, jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Facebook səhifəsində yazıb.

O, Beynəlxalq hüquq-müdafiə təşkilatlarını buna imkan verməməyə çağırıb.

Daşqın Ağalarov mühacir telekanalı “Turan TV” ilə əməkdaşlıq edir. Əsasən Tbilisidə yaşayıb, digər siyasi mühacirlərə dəstəkləyib.