Sənay Qəhrəmanlıya hücum edən şəxsi saxlanılıb


Xuliqanlıq törədən Bakı sakini Tural Qarayev saxlanılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham irəli sürülüb. Protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib. Bu barədə DİN mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

Xatırladaq ki, hakim partiyadan olan bu fəal ötən gün axşam küçədə yeniyetmə qıza hücum edib, ona mənəvi və fiziki təzyiq göstərib. Səbəb qızın mərhum məktəbli Elina Hacıyeva ilə bağlı aksiya təşkil etməsidir.