Gözəl Bayramlının cəzası 2 ay azaldılıb


Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

7gun.org bildirir ki, Report-un xəbərinə görə, Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.

G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, valyuta qaçaqmalçılığında, əsasən gömrük bəyannaməsi təqdim etmədən 12 min dolları keçirməkdə ittiham olunaraq üç il azadlıqdan məhrum edilib. Hüquq-müdafiə təşkilatları G.Bayramlını siyasi məhbus kimi tanıyıblar.