Ali Məhkəmə jurnalistin cəzasını 1 il azaltdı
Bu gün, yəni sentyabrın 26-da Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədirliyi ilə jurnalist İbişbəyli Fikrət Fərəməz oğlunun barəsində olan cinayət işi üzrə məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.Məhkəmə prosesində iştirak edən
7gun.org-ın əməkdaşının verdiyi məlumata görə, öncə tərəflərin çıxışı dinlənilib. Daha sonra məhkəmə tərkibi müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə tərkibi Fikrət İbişbəylinin təqsirləndirilməsinə dair ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsini çıxararaq sonuncunun cəzasından 1 il çıxaraq 6 ilə endirib.
Qeyd edək ki,İbişbəyli Fikrət Fərəməznoğlu 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.
Amma jurnalist ittihamı qəbul etmir, iddia edir ki, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edirlər.